Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır

12.06.2021 13:54 945
Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır
NATO Sammiti öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya yüksək səviyyəli səfərin təşkil olunması ilə bağlı təlimat verib.

“TRT Haber”in məlumatına görə, nümayəndə heyətinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq edəcək.

Həmçinin heyətə Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın daxil olacaq.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri artıq Liviyaya yola düşüb. Yolüstü Siciliya adasına baş çəkən Akar burada ingilis və italyan həmkarları ilə də görüşüb.

Son xəbərlər