Mojo.az Banner
20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Stadiona azərkeşlərin buraxılması şərtləri AÇIQLANDI

12.06.2021 13:20 1 755
Stadiona azərkeşlərin buraxılması şərtləri AÇIQLANDI
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları artıq günlərdir ki, keçiriləcək oyunlarla bağlı Bakı Olimpiya Stadionunun (BOS) ətrafında təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirirlər.

Bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, keçiriləcək oyunlar zamanı azarkeşlər stadiona daxil olan zaman və digər hallarda heç bir təhlükə yaranmasın deyə polislər gücləndirilmiş iş rejimində çalışır:

“Oyunların təhlükəsiz şəkildə keçirilməsi, ölkəmizə gələn azərkeşlərə qonaqpərvər mühitin yaradılması üçün lazımı tədbirlər görülüb. Eyni zamanda digər xidmətlərin təşkili ilə bağlı daxili koordinasiya işi yüksək səviyyədə təşkil edilib”.

DİN rəsmisi qeyd edib ki, oyunların keçirilməsi zamanı koronovirus infeksiyası ilə bağlı yoxlama tədbirləri də nəzərdə tutulub:

“Stadiona buraxılacaq hər bir azarkeş, iştirakçı müvafiq rəqəmsal cihazla yoxlanılacaq. Əgər kimdəsə qızdırma, hər hansı şübhəli hal yaranarsa, onlar ərazidən kənarlaşdırılacaq. Bütövlükdə stadiona daxil olacaq şəxslər təhlükəsizlik və sağlamlıq yoxlamasından sonra içəriyə buraxılalcaqlar”.

“Azarkeşlər yalnız plastik qablarda 100 ml-ə qədər suyu açıq şəkildə apara bilərlər. Nəzərə alınmalıdır ki, xüsusilə pirotexniki vasitə, şüşə qab və əşyalarla stadiona daxil olunması qadağandır. Stadiona qədər 35-ə yaxın müxtəlif iaşə obyekti fəaliyyət göstərir. Azərkeşlərin hər hansı qida təminatları ilə bağlı zəruri ehtiyac olacaq vasitələr, məhsullar satışa çıxarılıb.

Qeyd edək ki, ictimai iaşə obyektlərində satışa çıxarılan hər şey oyunun beynəlxalq qaydalarına müvafiq şəkildə təşkil edilib. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın illərdir idman sahəsində gördüyü işlərin nəticəsidir”.скачать dle 11.3
Mojo.az Banner