Mojo.az Banner
19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda hazırlanan dronların sınaq uçuşları həyata keçirilib

11.06.2021 18:43 855
Bakıda hazırlanan dronların sınaq uçuşları həyata keçirilib
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək yeni layihə icra olunur.

Müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.

Sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.

Qeyd edək ki, bu innovativ texnologiya bir çox inkişaf etmiş ölkələrdə “ağıllı ferma” texnologiyasının tərkib elementi kimi istifadə olunur. Yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi gələcəkdə Azərbaycanda “ağıllı kənd təsərrüfatı” sahəsinin inkişafına ciddi təkan verəcək. Bu məqsədlə artıq bir sıra iri kənd təsərrüfatı müəssisələri ilə əlaqələr qurulub və sınaqların nəticələri aidiyyatı mütəxəssislərlə birgə nəzərdən keçirilib. Bu istiqamətdə yeni innovativ texnologiyaların tətbiqi üzrə tərəfdaşlarla birgə işlər aparılır.скачать dle 11.3
Mojo.az Banner