Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avropa İttifaqında 100 milyona yaxın insan vaksinasiyadan keçib

10.06.2021 22:25 1 215
Avropa İttifaqında 100 milyona yaxın insan vaksinasiyadan keçib
Avropa İttifaqı dövlətlərində yaşayan təxminən 100 milyon vətəndaş koronavirus əleyhinə peyvənd olunub.

TASS agentliyi xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen G7 zirvəsi ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Ursula Fon der Lyayen həmçinin əlavə edib ki, Avropa İttifaqı ölkələrində yuxarı yaşlı insanların 50 faizi artıq vaksinin ilk dozasını qəbul ediblər.

Xatırladaq ki, Böyük yeddilik ölkələrin liderləri 11 iyunda İngiltərədə bir araya gələcəklər.

Son xəbərlər