Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Andrey Kortunov: “Dünya birliyi üçün Qarabağın hüquqi statusu dəyişməyib”

10.06.2021 20:42 1 419
Andrey Kortunov: “Dünya birliyi üçün Qarabağın hüquqi statusu dəyişməyib”
Rusiya Beynəlxalq İşlər Şurasının (RIAC) baş direktoru Andrey Kortunov Caliber.Az-a verdiyi müsahibəsində Nikol Paşinyan və Robert Köçəryanın Qarabağla bağlı seçkiqabağı açıqlamalarına münasibət bildirib.

“Bilirik ki, Ermənistanda Qarabağ məsələsi qapanmış deyil, bir müddət təxirə salınmış məsələ kimi görən qüvvələr var. Ancaq ortada yalnız Rusiya və Azərbaycanın mövqeləri deyil, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən müvafiq qərarları da var.

Beləliklə, bu vəziyyətdə beynəlxalq ictimaiyyətin məsələyə münasibətinin ən yaxşı göstəricisi, heç bir ölkənin 30 illik münaqişə ərzində Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımamasıdır. Bu ərazinin dünya birliyi üçün hüquqi statusu dəyişməyib. Buna görə yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olacaq qeyri-adi nəyinsə baş verə biləcəyini təsəvvür etmək çox çətindir.

Nikol Paşinyanın səsləndirdiyi “qurtuluş naminə ayrılma” şüarı isə yalnız Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ora qayıdan azərbaycanlı əhali və erməni icmasının ərazidə qalmağa qərar verən hissəsinin sərbəst inkişafı üçün şərait yaratmağın vacibliyini vurğulayır. Burada söhbət iki icmanın sosial-iqtisadi inkişafı və birlikdə yaşaması üçün şəraitin yaradılmasından gedir. Qarabağdakı erməni əhalisinin öz müqəddəratını təyin etmədən yaşaya bilməyəcəyi nöqteyi-nəzərini isə təkzib etmək lazımdır”, - deyə Kortunov bildirib.скачать dle 11.3

Son xəbərlər