Mojo.az Banner
14:35 Pirallahıda avtobus piyadanı vurub öldürdü  |     14:30 Məşhur narkobaron ömürlük həbs edildi  |     14:24 Şri-Lankada denge qızdırması ilə mübarizədə hərbi dronlar tətbiq edilir  |     14:21 Hörmüz boğazındakı gərginlik nefti bahalaşdırdı: Azərbaycan üçün nəticələr nə olacaq?  |     12:58 Futbol üzrə dünya çempionatı Meksikaya üç milyon xarici turist cəlb edib  |     12:56 Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü  |     12:47 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |     12:38 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb  |     11:49 Yeni doğulan körpələrin sayı azalıb - FOTO  |     11:28 Pensiya alanların DİQQƏTİNƏ!  |     11:21 Beş ayda ölənlərin sayı AÇIQLANDI  |     23:01 Bu BÜRCLƏRİ çətin günlər gözləyir  |     22:54 Rusiya Ukrayna limanlarını vurdu  |     22:46 Başçısız qalan icra hakimiyyətləri (SİYAHI)  |     22:40 Sumqayıtda zavodda 3 min manatlıq mis kabel oğurluğu  |     22:32 Hava proqnozları psixologiyamıza necə təsir edir?  |     22:27 Ermənistanda pomidor istehsalçıları magistral yolu bağladı - VİDEO  |     22:19 “AliExpress” 550 milyon avro cərimələndi  |     22:13 Bakıda qadını şantaj edərək 29 min manatını talayan şəxs 25 yaşlı qızı imiş  |     22:05 Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar saxtadır - RƏSMİ  |    
Left Banner
Right Banner

Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi

10.06.2021 16:48 1 131
Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi
Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarında qeyd edilib.

Bundan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.

Eyni zamanda, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.скачать dle 11.3
Mojo.az Banner