Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək - RƏSMİ

09.06.2021 15:04 1 305
Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək - RƏSMİ
Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək daha beş idmançının adı açıqlanıb.

Paraatletlər – Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaq.

Polşada keçirilmiş sonuncu Avropa açıq çempionatında uğurla iştirak etmiş idmançılarımız E.Astanov, E.Cəbrayılov, S.Nəcəfzadə və H.Heydərli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Y.Çebanu bu mötəbər yarışda iştirak hüququ qazanıb.

Beləliklə, Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paraatletlərimizin sayı səkkizə çatıb. Daha əvvəl Oloxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə lisenziya əldə etmişdilər.

Oloxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcək.

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 18 lisenziya əldə edib. Onlardan 8-i paraatletika, 4-ü parataekvando, 3-ü paraüzgüçülük, 2-si güllə atıcılığı və 1-i parapauerliftinq növündəndir.

Son xəbərlər