Mojo.az Banner
21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

08.06.2021 22:00 849
Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb
Kaspersky-nin informasiya təhdidlərinin inkişafı barədə hesabatına görə, bu ilin birinci rübündə Azərbaycanda veb-antivirus quraşdırılmış cihazların 9%-də bu və ya digər zərərli proqram bloklanıb. Ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək nisbətinə görə Azərbaycan dünya reytinqində ilk 20-liyə daxil olub (17-ci yer).

Bundan əlavə, mart ayında dünyada mədənçi (miner), yəni yoluxmuş cihazlardan kriptovalyuta oğurlamaq üçün hazırlanmış proqramların hücumlarında canlanma müşahidə olunub. Kaspersky-nin qoruma məhsulları fevral ilə müqayisədə mart ayında bu cür hücumların sayında 4 dəfədən çox artım müəyyən edib. Mütəxəssislərin təxminlərinə görə, mart ayındakı canlanma kriptovalyuta qiymətlərindəki artımla bağlı ola bilər.

"Güman edirik ki, təcavüzkarlar bitkoin qiymətlərindəki artımı öz maraqları üçün istifadə etməyə qərar verib və mədənçi proqramları aktiv istifadə edilən alətlər siyahısına qaytarıblar. Əgər kriptovalyuta bahalaşmağa davam etsə, bu cür hücumların sayı da artmağa davam edəcək, amma ötən ilin trendində müşahidə olunan qırılma anı - mədənçi hücumuna məruz qalan istifadəçi sayının azalması barədə danışmaq hələ tezdir," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.скачать dle 11.3
Mojo.az Banner