Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kaspersky”: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqramı bloklanıb

04.06.2021 16:47 852
“Kaspersky”: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqramı bloklanıb
“Kaspersky”nin informasiya təhdidlərinin inkişafı barədə hesabatına görə, bu ilin birinci rübündə Azərbaycanda veb-antivirus quraşdırılmış cihazların 9 %-də bu və ya digər zərərli proqram bloklanıb. Ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək nisbətinə görə Azərbaycan dünya reytinqində ilk 20-liyə (17-ci yer) daxil olub.

Bundan əlavə, mart ayında dünyada mədənçi (miner), yəni yoluxmuş cihazlardan kriptovalyuta oğurlamaq üçün hazırlanmış proqramların hücumlarında canlanma müşahidə olunub. "Kaspersky"nin qoruma məhsulları fevral ilə müqayisədə mart ayında bu cür hücumların sayında 4 dəfədən çox artım müəyyən edib. Mütəxəssislərin təxminlərinə görə, mart ayındakı canlanma kriptovalyuta qiymətlərindəki artımla bağlı ola bilər.

İlin əvvəlində qeydə alınmış digər vacib trendlər arasında bank, o cümlədən mobil telefon troyanlarının hücum sayındakı azalma və fidyə proqramlarının arsenalının genişlənməsini də qeyd etmək olar. "Kaspersky", yanvardan mart ayına qədərki dövrdə yeddi yeni kriptoqraf ailəsi və bu tip zərərli proqramların 4 354 yeni modifikasiyasını aşkarlayıb.

“Güman edirik ki, təcavüzkarlar bitkoin qiymətlərindəki artımı öz maraqları üçün istifadə etməyə qərar verib və mədənçi proqramları aktiv istifadə edilən alətlər siyahısına qaytarıblar. Əgər kriptovalyuta bahalaşmağa davam etsə, bu cür hücumların sayı da artmağa davam edəcək, amma ötən ilin trendində müşahidə olunan qırılma anı – mədənçi hücumuna məruz qalan istifadəçi sayının azalması barədə danışmaq hələ tezdir”, - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber təhdidlərin 2021-ci ilin birinci rübü üçün ümumi mənzərəsi barədə daha ətraflı buradan oxumaq olar:https://securelist.ru/it-threat-evolution-q1-2021-non-mobile-statistics/101518/.скачать dle 11.3
Mojo.az Banner