Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib - FOTO

08.06.2021 20:09 1 230
AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib - FOTO
İyunun 8-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələt şöbəsi məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iyunun 21-dən 24-dək keçiriləcək sessiyada qurumun Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək, Avropa İnsan Hüquqları məhkəməsinə hakimlər seçiləcək, Bolqarıstanda və Albaniyada keçirilmiş parlament seçkilərinin nəticələri, Media azadlığı və ictimai etimad, COVİD vəsiqələri və sertifikatlar, Pandemiyanın yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması, Pandemiyanın uşaq hüquqlarına təsiri, Avropada diasporlarla bağlı siyasət və digər mövzular müzakirə olunacaq.

Sonra iclasda sessiyada müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvləri gündəlikdəki məsələlərlə bağlı qeyd və təkliflərini diqqətə çatdırıblar.

Hazırlıq iclasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Erkin Qədirli, Könül Nurullayeva, Nigar Arpadarai, Tural Gəncəliyev, Sabir Hacıyev və Kamal Cəfərov iştirak ediblər.

Son xəbərlər