Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilatı minaya düşən KİV əməkdaşlarına etinasız qalmamağa çağırır

07.06.2021 12:14 1 797
Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilatı minaya düşən KİV əməkdaşlarına etinasız qalmamağa çağırır
Sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq başlamış Vətən müharibəsi 10.11.2020-ci il tarixində 3 tərəfli bəyanatın imzalanması və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatıb.

Həmin Bəyanat imzalanandan sonra, dəfələrlə edilən müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Ermənistan tərəfi qeyri-insani davranmaqla və beynəlxalq normaları kobud şəkildə pozmaqla işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritələrini qəsdən verməkdən yayınır. O cümlədən, bölgədəki sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına mane olmağa davam edərək regional vəziyyəti gərginləşdirir. İyun ayının 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində iki jurnalist olmaqla üç Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər isə ağır yaralanıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata üç dildə rəsmi müraciət ünvanlayıb.

Vəkillər Kollegiyası bu müraciətlə həmin təşkilatları baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etməsi üçün tədbirlər görmələrinə çağırır!

Qeyd olunan müraciət üç dildə təqdim edirik:

Müraciət: Azərbaycan dilində

Müraciət: Rus dilində

Müraciət: İngilis dilində
скачать dle 11.3
Mojo.az Banner