Mojo.az Banner
Left Banner
Right Banner

Cəbrayılda maşın oğurlayan şəxs saxlandı

03.06.2021 19:26 1 833
Cəbrayılda maşın oğurlayan şəxs saxlandı
Cəbrayıl rayonunda VAZ-2106 markalı avtomobil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Cəbrayıl RPŞ-yə iyunun 2-nə keçən gecə şəhər ərazisindən Lənkəran rayon sakini T.Babazadənin VAZ-2106 markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner