Mojo.az Banner
18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib

03.06.2021 19:18 1 455
Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib
Niderland Krallığının şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri Həcər Karaman Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sənəddə xalqımızın qədim tarixə malik olması, mürəkkəb yol keçməsi, Qarabağın əzəli torpaqlarımız olması barədə ətraflı məlumat verilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etnik azərbaycanlılara qarşı amansız və dəhşətli soyqırımı törətdiklərinə diqqət cəlb edilib. BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin sənədlərinə istinadən soydaşımız bildirib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətidir.

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı digər ağır cinayətlər də törədib. Bu dəhşətli cinayətlərdən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda minaların yerləşdirilməsidir. 1 mart 1999-cu ildə qüvvəyə minmiş “İnsan əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsi haqqında" Konvensiyanı xatırladan gənc sosialist Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını nəzərə çatdırıb.

Soydaşımız Sosialist Partiyasının rəhbərliyini bu qətnamə layihəsinin qəbul edilməsinə, seçkilərdən sonra fəaliyyətə başlayacaq parlamentdə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına və siyasi-hüquqi qiymətin verilməsinə nail olmağa çağırıb.скачать dle 11.3
Mojo.az Banner