Mojo.az Banner
21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda təhsil alan əcnəbi tələbələr Cəbrayıl və Füzulidə olublar – FOTO

02.06.2021 22:21 759
Azərbaycanda təhsil alan əcnəbi tələbələr Cəbrayıl və Füzulidə olublar – FOTO
Azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin səfəri təşkil olunub.

“Report” xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi səfər Şəhidlər xiyabanından başlayıb.

İştirakçı qismində 31 ölkədən olan 40 tələbə 16 təhsil müəssisəsini təmsil edib. Tələbələr yol boyunca işğaldan azad edilmiş ərazilərdə ermənilərin yaşayış məntəqələri və tarixi abidələri viran qoymasının, quru və dəmiryolu xətlərini dağıtmasının canlı şahidi olublar.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Elmar Zeynalabdinov döyüş əməliyyatları, Ermənistan hərbçilərinin döyüş texnikalarını göstərərək Azərbaycan Ordusunun rəşadətlərindən bəhs edib.

Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar. Onları tarixi abidə barədə məlumatlandıran Baş İdarə rəisi Azərbaycan ərazilərinin 30 ilə yaxın erməni işğalı altında qaldıqdan sonra əks-hücumla 44 günə azad olunduğunu bildirib. O, Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra xarici tələbələrin ilk səfər edənlərdən olduğunu vurğulayıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov əcnəbi tələbələrin səfərə böyük maraq və təşəbbüs göstərdiklərini söyləyib. Onun sözlərinə görə, obyektiv səbəblərdən bütün xariciləri azad edilmiş ərazilərə gətirmək mümkün olmayıb.

Tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağı açılıb, "Qarabağ Azərbaycandır" şüarı səsləndirilib.

Səfərdə iştirak edən Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və idmançı Abdulbağı Abdullayev isə Azərbaycan bayrağı altında qılıncoynatma səhnəsi nümayiş etdiriblər.

Flaşmobu Araz çayının əks tərəfindən cənubi azərbaycanlılar da maraqla izləyiblər. Yolla hərəkət edən avtomobillər siqnallarla dəstək olublar.

Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki "Dostluq" bulağı ilə tanış olublar. N saylı hərbi hissənin zabiti Ordumuzun döyüş yolu, Cəbrayıl əməliyyatı barədə məlumat verib. Ermənilərin şəhərdə bir salamat ev belə qoymadıqları əcnəbi tələbələrin diqqətinə çatdırılıb.

Burada Baş İdarə əməkdaşları Azərbaycan bayrağı ucaldıblar.

скачать dle 11.3
Mojo.az Banner