Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda təhlükəli anlar yaşanıb

02.06.2021 14:47 1 695
Bakı metrosunda təhlükəli anlar yaşanıb
Bu gün səhər saatlarında metronun “Şah İsmayıl Xətai” stansiyasında təhlükəli anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə sərnişinlər tərəfindən sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, stansiyadakı eskalatorlardan birində yaranan nasazlıq səbəbindən sərnişinlər yıxılma təhlükəsi yaşayıb.

Eskalatorlardan birinin fəaliyyəti anidən dayanıb və yenidən qoşulub. Yaranan problemin səbəbi bəlli olmasa da, sərnişinlər stansiyadan piyada çıxmalı olublar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəyə səbəb sərnişinlərdən birinin ehtiyatsızlıq səbəbindən təhlükəsizlik düyməsini basmasıdır:

“Belə olan halda eskalatorların hərəkəti avtomatik olaraq dayanır. Metropoliten əməkdaşları eskalatorların hansı səbəbdən dayandığını araşdırıb. Məlum olub ki, bu texniki səbəbdən yaranan problem olmayıb. Sərnişinlərdən kimsə təhlükəsizlik düyməsini ya ehtiyatsızlıqdan ya da hər hansı bizə məlum olmayan səbəbdən basıb. Mövcud vəziyyətlə bağlı bütün eskalatorlar ciddi nəzarətdə saxlanılır”скачать dle 11.3
Mojo.az Banner