Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

29.05.2021 15:03 1 041
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır
Bakıdakı Binə Atçılıq yaşayış massivini metronun "Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək. Marşrut xətti üzrə gedişhaqqı 40 qəpik təşkil edəcək.

Yeni marşrut xəttinin təşkil edilməsi ilə 14 000 nəfərdən çox əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

Dövlət başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər