Mojo.az Banner
13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Belçikalı diplomat həyat yoldaşına görə vəzifəsini itirdi

29.05.2021 13:16 1 266
Belçikalı diplomat həyat yoldaşına görə vəzifəsini itirdi
Belçikanın xarici işlər naziri Sofi Vilmes ölkəsini Cənubi Koreyada təmsil edən diplomat Piter Leyskueri vəzifəsinin icrasına xitam verib və sabiq səfir geri çağırılıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunun səbəbi belçikalı diplomatın xanımının Seulda geyim mağazalarından birində qalmaqal salmasıdır.

Qeyd olunur ki, hadisə aprel ayında baş verib. Səfirin həyat yoldaşı geyimi yoxlamaq məqsədi ilə təzə paltarı geyinərək mağazada gəzişməyə başlayıb.

Lakin satıcılar qadının paltarın pulunu ödəmək istəmədiyindən şübhələnib və tərəflər arasında mübahisə başlayıb.

Mübahisə nəticəsində belçikalı diplomatın qadını işçilərdən birinə zərbə endirib, digərini itələyib.

Hadisə Cənubi Koreyada ciddi müzakirələrə və etirazlara səbəb olub. Qadın öz statusundan sui-istifadə etməkdə günahlandırılıb.скачать dle 11.3
Mojo.az Banner