Mojo.az Banner
22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məscidlərdə cümə namazı belə qılınacaq - Yeni Qayda

28.05.2021 22:29 975
Məscidlərdə cümə namazı belə qılınacaq - Yeni Qayda
"İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. Bu qərar bütün dindarları sevindirdi".

Median.Az xəbər verir ki, bunu "report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

Hacı Surxay bildirib ki, say məhdudiyyəti ilə namazların qılınması normal qəbul edilir:

QMİ rəsmisi hesab edir ki, bu gün üçün ibadət edilməsi üçün 50 nəfər say tələbi qənaətbəxşdir:

"Axundu olduğum İçərişəhərdə məscidində insanların giriş-çıxışına nəzarət üçün müvafiq göstərişlər verilib. Hətta ibadətə gələnlərin hərarətinin ölçülməsi üçün cihaz da alınıb. Cümə namazları zamanı adətən sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin gün insanların növbəli şəkildə içəri girməsi təmin ediləcək. Hesab edirik ki, hər bir inanclı insan bizim tövsiyələrimizə əməl edəcək".

"Ötən gündən başlayaraq QMİ sədrinin tövsiyələrinə uyğun olaraq ölkədə fəaliyyət göstərən məscidlərdə lazımi işlərə başlanılıb. Onsuz da məscidlər təmiz olur, amma yenə də təkrar olaraq təmizlənir. Məscidlərə ibadətə gələn şəxslər maskadan istifadə edəcək, sosial məsafə qorunacaq, tibbi spirtlərdən istifadə təşkil ediləcək. Həmçinin dindarlar pak və dəstəmaz alaraq məscidə gəlir", - din xadimi fikirlərinə əlavə edib.скачать dle 11.3
Mojo.az Banner