Mojo.az Banner
23:01 Bu ərazilərdə işıq kəsiləcək  |     22:53 "Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəldi  |     22:45 Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından silinib  |     22:37 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  |     22:27 BDYPİ skuter istifadəçilərinə çağırış edib  |     22:25 Məhkəmədə hakimə: “Məni buraxın camaatın pulunu verim”  |     22:19 Etibar Məmmədov oğurluq edən yeniyetməni bağışladı  |     22:16 Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi - Yenilənib (FOTO)  |     21:58 Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?  |     21:55 Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ  |     21:51 Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi - Video  |     21:49 Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?  |     21:44 Gədəbəydə müəllim dünyasını dəyişdi  |     21:38 Növbəti torpaq hərracları keçiriləcək  |     21:33 Qanunsuz mərc oyunlarına nəzarət artırılır  |     21:26 "Qarabağ" 74 min manatdan çox cərimələndi  |     21:19 UNEC ailəsinə ağır itki  |     21:14 Sevdiyi qızı qaçıran şəxsə və dostuna hökm oxundu  |     21:08 "Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi" - Paşinyan  |     21:01 Naxçıvanda maşın aşdı  |    
Left Banner
Right Banner

Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları AÇIQLANACAQ

28.05.2021 20:38 642
Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları AÇIQLANACAQ
Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq (33,75 milyon manat) "çirkli pul" gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

Median.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə adıçəkilən ölkənin "The Evening Standard" nəşri məlumat verib.

Məhkəmə sədri Vanessa Bareytser may ayının 27-də bununla bağlı hökm çıxarıb. Hökmdə, cütlüyün kimliyinin gizli saxlanmasının "açıq ədalət" prinsipi ilə ziddiyyət təşkil etdiyi bildirilir. Qeyd olunur ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.

Hakim indiyədək X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanması üçün yeddi gün vaxt qoyub. Qarşı tərəf bu müddət ərzində qərara yenidən baxılması üçün vəsatət qaldıra bilər.

Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Onlar, cütlüyün adlarının açıqlanmasının başqa məhkəmə proseslərinin gedişatına da təsir edə biləcəyini deyiblər.

Nəşr bildirib ki, sözügedən ər və arvadın adlarının açıqlanması üçün iddianı elə mətbuat orqanının özü qaldırıb. İşin üstünü açan Britaniya Milli Cinayət Agentliyi (NCA) də, nəşrin bu tələbini dəstəkləyib.

Qeyd edək ki, Milli Cinayət Agentliyi sözügedən cütlüyü qeyri-qanuni üsullardan istifadə etməklə “çirkli pul”ları yumaqda ittiham edir.

NCA iddia edir ki, sözü gedən vəsait Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı bank hesablarına köçürülüb.скачать dle 11.3
Mojo.az Banner