Mojo.az Banner
21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |    
Mojo.az Avto
Mojo.az Avto

26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq

28.05.2021 13:51 693
26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq
Avstraliyanın Viktoriya ştatının hökuməti bütün əhalini - təxminən 7 milyon insanı, yüksək dərəcədə yoluxucu koronavirus ştammının yayılması ilə əlaqədar ən azı bir həftə müddətinə sərt karantinə göndərəcək.

Bu barədə “Reuters” xəbər yayıb.

“Biz virusun əvvəllər gördüyümüz bütün variantlarından daha sürətli yayılan xüsusi yoluxucu növü ilə qarşılaşmışıq”, - deyə ştatın baş naziri Ceyms Merlino bəyan edib.

Onun sözlərinə görə, virusun birindən digərinə ötürülməsi üçün sözügedən ştammın adi SARS-CoV-2-dən bir neçə dəfə az vaxta ehtiyacı var.

İndiyə qədər hələ ki, 26 yoluxma qeydə alınıb. Bununla belə risk altında olanların, yəni xəstəliyə tutula biləcəklərinin sayının təxminən 10 min nəfər olduğu təxmin edilir.

Karantin qaydalarına görə, ştat sakinləri yalnız dövlət tərəfindən təsdiqlənmiş vacib işlərə göndərildikdə, xəstələrə qulluq edildikdə, vaksinasiyaya yollandıqda, yemək və digər ləvazimatlar almaq üçün çıxdıqda, yaxud idmanla məşğul olduqda (2 saatdan çox olmayaraq və yalnız bir nəfərin müşayiəti ilə) evlərindən çıxa biləcəklər.

Eyni zamanda, alış-veriş və idmana evin maksimum 5 kilometr radiusunda icazə verilir.скачать dle 11.3
Mojo.az Banner