İdman zalları işlədənlər pandemiyanın zərərlərindən danışdı: Yeniliklər olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Böyük gəmilər sunami xəbərdarlığından sonra niyə limanları tərk edir?  |     22:56 “SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib  |     22:50 Lavrov: ABŞ Ukraynanın Rusiya ilə danışıqlara razılaşmasına töhfə verib  |     22:44 Baş Şirvan kollektorunda iki nəfər boğulub  |     22:38 Laçında 1,4 milyonluq söküntü  |     22:33 "Google" ChatGPT dialoqlarınızı axtarış nəticələrinə çıxarır - Nələri bilməlisiniz?  |     22:26 Robot tarixdə ilk dəfə universitetə qəbul olundu  |     22:19 1724-cü ildə yerə düşən meteoritdə unikal xüsusiyyətlərə malik material tapıldı  |     22:13 Alimlər kartofun əcdadını tapdı - Gözlənilməz kəşf  |     22:08 Gecə baş verən təbii fəlakətlər niyə daha ölümcül olur?  |     21:59 "MoreCup"da 143 manatlıq oğurluğa görə 2,6 il həbs  |     21:54 Alman avtomobil sənayesi çöküş astanasında: Əfsanəvi brendlər niyə mövqelərini itirir?  |     21:48 Ev kirayəsi ilə bağlı dələduzluq halları artır: Nə etmək lazımdır? - Video  |     21:44 Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib  |     21:37 Paytaxtda təmir sexində güclü YANĞIN: Lüks avtomobil KÜLƏ DÖNDÜ - Video  |     21:30 BQXK-nın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq  |     21:24 AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb  |     21:18 Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı idmançının milliyə buraxılmamasına münasibət bildirib  |     21:11 AQTA qarpız və yemiş məhsullarını monitorinq edib  |     21:04 DİN: Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər  |    

İdman zalları işlədənlər pandemiyanın zərərlərindən danışdı: Yeniliklər olacaq

Ötən ildən ölkədə pandemiyanın yayılması nəticəsində idman zallarının fəaliyyəti dayandırıldı. Bu ilin iyun ayının 10-dan isə yenidən idman zallarını açılması nəzərdə tutulub.

“Report” pandemiyanın idman zalları sahiblərinin maddi vəziyyətinə necə təsir etdiyi, eyni zamanda zalların açılmasından sonra onların fəaliyyətinin necə tənzimlənəcəyi ilə maraqlanıb.

Bodibildinq və Fitnes Federasiyasının prezidenti, “İronman” və “Power GYM” idman zallarının rəhbəri Rəşid Xudaverdiyev “Report”a açıqlamasında pandemiyanın onların fəaliyyətinə vurduğu zərərlərdən danışıb:

“Pandemiyanın yayıldığı ilk dövrlərdə bu müddətin az çəkəcəyini və yaranan çətinliklərin öhdəsindən gələ biləcəyini düşünürdük. Amma elə oldu ki, bizə həm mənəvi, həm də maddi cəhətdən böyük ziyan dəydi. Şəxsən tanıdığım idmançılardan depressiyaya düşənlər belə oldu. İdman sahəsi belədir ki, bir həftə məşq etməmək idmançını xeyli geri salır.

Zalların 99 %-i icarəyə götürülmüş yerlərdir. Mən iki obyektdə idman zalına rəhbərlik edirəm. Həmin obyektlərdən birinin sahibi mənə dedi ki, ya icarə haqqını ödə, ya da obyektdən çıx. Çünki həmin obyekti fəaliyyətinə qadağa qoyulmayan sahələr üçün icarəyə verə bilərdi. Mən də o zaldan çıxıb başqa bir obyekt icarə elədim. İdman zalı işlədənlərin çoxu obyektin icarə haqqını ya öz ciblərindən ödədilər, ya obyekt sahiblərinə böyük məbləğdə aylıq borcları yarandı, ya da zalın fəaliyyətini dayandırdılar. Biz fəaliyyətə başlasaq bir neçə ay işləməliyik ki, ilk öncə obyekt sahiblərinə olan borcumuzu ödəyək. Çox acınacaqlı bir vəziyyət yaranıb. Digər tərəfdən gözətçinin də maaşını öz cibimizdən verməyə məcburuq”.

R.Xudaverdiyev qeyd edib ki, zalların açılması üçün sahibkarların götürdüyü kreditlərin də ödənilməsində çətinliklər yaşanıb:

“Azərbaycanda fəaliyyət göstərən idman zallarının əksəriyyəti banklardan alınan kreditlər hesabına açılıb. Banklar tərəfindən pandemiya vaxtı bizlərə heç bir köməklik olmadı. Bütün bunları nəzərə alaraq idman zalları sahiblərinin iqtisadi vəziyyətinin pis olduğunu deyə bilərik. Həm bir çox idmançıların, həm də idman sahəsində fəaliyyət göstərən sahibkarların maddi vəziyyətləri pisləşib”.

İdman zalı sahibinin fikrinə görə zallar açılandan sonra ora gələnlərdən COVID-19 pasportunun tələb olunması da onların fəaliyyətinə mənfi təsir göstərə bilər:

“İdman zalları açılandan sonra ora gələnlərdən COVID-19 pasportunun olması tələb olunacaq. Amma müştərilərin hamısının peyvənd olunub-olunmayacağı bəlli deyil. Pandemiyanın ilk dövrlərində bizə hər 100 kvadrat metrdə dörd idmançı və bir məşqçinin olması şərtilə fəalliyyət göstərməyə icazə verilirdi. İndi də bu şəraiti yaratmaq asandır. Amma iki dəfə peyvənd olunma prosesi bir qədər vaxt aparacaq. Odur ki, zala gələnlərdən COVID-19 pasportu tələb etmək çətin olacaq. Mənim müştərilərimdən ən çox halda 5 %-ndə COVID-19 pasportu ola bilər. Belə olan halda deməli zala az adam gələcək. Bu zaman xərcləri qarşılamaq çətin olacaq. Həmin az sayda insandan nə qədər aylıq almalıyam ki, heç olmasa minimum xərcləri qarşılayım?”

“Underground” idman zalının rəhbəri Orxan Qurbanov da vəziyyətin çətin olduğunu bildirib:

“Bir ildən çoxdur ki, idman zalları bağlıdır. Başqa yerdən isə gəlirimiz yoxdur. Vəziyyət çox çətindir. Bizə dövlət dəstəyi olaraq adambaşına 140 manat ödənildi. Amma bir il üçün bu elə də böyük məbləğ deyil. Bu müddət ərzində zalın xərclərini qarşılamaq bizə çətin oldu. İcarədar öz tanışımız olduğu üçün obyektin icarə haqqında mənə güzəştə getdi. Amma bilirəm ki, bir neçə zal icarə haqqına görə öz fəaliyyətini tamamilə dayandırdı”.


O.Qurbanov bildirib ki, ona məxsus zalın açılmasından sonra qiymət dəyişikliyinin edilməsi hələlik gözlənilmir:

“Yəqin ki, idman zalları açılandan sonra qiymətlərimiz əvvəlki kimi qalacaq. Yalnız müəyyən güzəşt və ya kampaniyalarımız ola bilər. Məsələn, müştərilərə iki aylıq ödənişi edib bir aylıq bonus qazanmaq kimi kampaniyalar təklif edə bilərik. Bizdə həmişə kampaniyalar olub. Amma yenidən müştəri yığılmasında bir qədər çətinliklər olacaq”.

“Hələ ki, zalların necə fəaliyyət göstərəcəyi ilə bağlı bizə konkret göstərişlər verilməyib. Bircə bilirik ki, zala gələnlərdən COVID-19 pasportu tələb olunmalıdır. Bu isə işimizə mənfi təsir göstərəcək. Çünki hər kəs peyvənd olunmayıb. Bəzi insanlar isə ümumiyyətlə peyvənd olunmaq istəmirlər", - deyə O.Qurbanov əlavə edib.

“Vitr Fitnes” idman zalının rəhbəri Vüqar Namazov üzləşdikləri zərərlərdən danışıb:

“Ölkədəki digər sahələr kimi bizim də fəaliyyətimizə böyük zərbə dəyib. İdmançılar illərlə əziyyət çəkib müəyyən formaya düşmüşdülər. İndi o formanı qaytarmaq üçün vaxt lazım olacaq.


Maddi cəhətdən də pandemiyanın bizə təsirləri böyük olub. Obyektimiz bir ildən çoxdur ki, işləmir. Obyektdəki su, elektrik və havalandırma sistemlərində xarab olmalar var. Bu sistemlər işləməyəndə xarab olur bəzən. Sabahdan onların bərpası ilə məşğul olacağıq”.

Pandemiya ilə əlaqədar zalın fəaliyyətinin hansı qaydalar əsasında təşkilinə gəlincə V.Namazov aşağıdakılar qeyd edib:

“Yalnız COVID-19 pasportu olanları zala buraxacağıq. Resepşnda oturan əməkdaşlarımız TƏBİB-in səhifəsindən zala gələnlərin COVID-19 pasportu ilə bağlı qeydiyyatdan keçib-keçmədiklərini yoxlayacaq. Digər qaydalarla bağlı hələ ki, bizə xüsusi göstərişlər verilməyib. Zalların açılmasından sonra qiymətlərimizin dəyişilməsi gözlənilmir. Gələcəkdə işimizə təsir edən hər hansı hallar olarsa, qiymətlərlə də bağlı yenidən düşünə bilərik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 27.05.21 19:08