Mojo.az Banner
23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |     22:24 Hotellər ən çox gəliri nədən əldə edir?  |     22:19 Dünyanın ən bahalı gəmiləri: "Trump"lar nüvə enerjisi ilə təchiz ediləcək  |     22:10 Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu  |     22:05 Azər Əhmədov vəzifəsindən azad edildi  |     21:58 Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi  |     21:53 İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq  |     21:45 Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI  |     21:40 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı  |     21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |    
Left Banner
Right Banner

Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb

26.05.2021 19:30 663
Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb
Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report”un "Hüququnuz var” verilişində bildirib ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən 1 400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh görülüb.

"Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib. Daha sonra həmin şəxslər islah olunmayıb və azad edilmiş ərazilərə qanunsuz yollarla keçib və orada mina partlayışı nəticəsində ölüb”, - DİN rəsmisi deyib.скачать dle 11.3
Mojo.az Banner