Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən əhaliyə MÜRACİƏT

25.05.2021 17:39 804
Nazirlikdən əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Şiddətli gurultu və parlaq qığılcımla (şimşəklə) müşayiət olunan ildırım həm də yüksək gərginlikli elektrik boşalması olduğundan insan üçün ölümcül təhlükə yaradır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladır. İldırım çaxan zaman:

- evdəsinizsə, sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenə yaxınlaşmayın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan, ən azı, dörd metr aralı dayanmaq lazımdır;

- yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və onlardan ən azı, 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!”скачать dle 11.3
Mojo.az Banner