Pay torpaqları kütləvi satışa çıxarılır (SƏBƏBLƏR) » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:56 Sabah bu ərazilərə yağış yağacaq  |     12:47 Volodimir Zelenski: "Biz Vladimir Putini Donald Trampdan daha yaxşı tanıyırıq"  |     12:22 Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb  |     12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |     12:19 Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  |     12:19 Dünya bazarlarında neft ucuzlaşıb  |     12:17 Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI  |     12:16 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"  |     12:14 Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb  |     12:13 Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR  |     12:12 Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir  |     12:11 Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI  |     12:03 Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ (FOTO)  |     11:53 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar  |     11:44 Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ (Yenilənib)  |     11:42 Gəncədə baş verən qətl hadisəsinin GÖRÜNTÜLƏRİ YAYILDI (Video)  |     11:39 Kabil susuz qalan ilk şəhər ola bilər  |     11:28 Alman polisinə yeni silah növü veriləcək  |     11:11 Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır?  |    

Pay torpaqları kütləvi satışa çıxarılır (SƏBƏBLƏR)

"Kənd təsərrüfatında sürətlə artan xərclərə dözə bilməyən, bazarın məhdud, alıcılıq qabliyyəti aşağı olmasından istehsal etdiyi məhsulu bəzən maya dəyərindən ucuz satan kəndlilər mövcud durumdan çıxışın yolunu pay torpaqlarını satmaqda görürlər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu "Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə kəndlilər kütləvi sürətdə şəxsi pay torpaqlarını satıb, canlarını bu əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayı 2020-ci ilin aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi 104,3 artıb. Göründüyü ki, kənd təsərrüfatı istahsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır”.

Ekspert vurğulayıb ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata artıb:

"Kəndlilər biçilən otu toplamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il 20 qəpik, bu il isə 30 qəpik ödəmək məcburiyyətindədir. Xərclərin artmasına baxmayaraq, 1 ot kipinin satış qiyməti 1-ci üzdə ötən ilki 2,7 manatdan bu il 2,0-2,5 manata qədər ucuzlaşıb. Bununla yanaşı doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb. Dizel yanacağının bahalaşması səbəbindən xidmət xərcləri artıb. Bütün bunlar kəndliləri təsərrüfatlardan çəkindirir, torpaqlarını satmağa məcbur edir. Hazırkı aqrar siyasətinin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirməkdir...”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            723 22.05.21 22:01