Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşlara başlayır

21.05.2021 21:20 930
AZAL Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşlara başlayır
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) iyunun 25-dən Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirəcək.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün, Bakı-Dalaman-Bakı istiqamətində uçuşlar isə həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Aviadaşıyıcı digər kurort şəhəri - Antalyaya da uçuşlar həyata keçirir.

Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişin kateqoriyası qəbul ediləcək.

Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-turkey

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.скачать dle 11.3
Mojo.az Banner