Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb

18.05.2021 23:55 1 983
Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb
"IBM" şirkəti "Think 2021" konfransı çərçivəsində süni intellekt əsasında işləyən "CodeNet" adlı alqoritm təqdim edib. O, tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dillərinin uyğunsuzluğu ilə bağlı problemi həll edir.

Median.Az ictnews.az-a istinadən bildirir ki, mürəkkəb generativ "CodeNet" sisteminin əsas xüsusiyyəti məlumatları bir proqramlaşdırma dilindən digərinə birbaşa tərcümə etməklə kodun ayrı-ayrı hissələrini və hətta bütün layihələri yaratmaq bacarığına malik olmasındadır. Məsələn, istifadəçi darçərçivəli spesifik senarilərdə istifadə olunan köhnə dillərdən birini və ya bir neçəsini bilir. İndi onun yenidən təhsil səviyyəsini artırmasına ehtiyac yoxdur, çünki tərcüməni onun əvəzinə süni intellekt edəcək.

"IBM" nümayəndələrinin sözlərinə görə, "CodeNet" 14 milyon kod fraqmenti və ya 500 milyon sətir üzərində öyrədilib və "COBOL", "FORTRAN", "Java, C " və "Python" daxil olmaqla təxminən 55 köhnə və yeni proqramlaşdırma dillərini tərcümə edə bilir. Süni intellektin işinin səmərəliliyi, eləcə də alqoritmin son faylların ölçüsünü artırmadan yeni dilləri köhnə koda çevirdikdən sonra optimallaşdıra biləcəyi barədə məlumat verilmir.

Tərcümə funksiyasından başqa metaməlumatlar əldə etmək və proqramın ayrı-ayrı hissələrini işə salmaqla generativ modellərin düzgünlüyünü yoxlamaq mümkündür. Bu, kod hissələrini birbaşa müqayisə etmək sayəsində tərcüməyə nəzarəti həyata keçirməyə imkan verəcək.

Son xəbərlər