Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb

22.05.2021 22:52 1 656
Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb
"IBM" şirkəti "Think 2021" konfransı çərçivəsində süni intellekt əsasında işləyən "CodeNet" adlı alqoritm təqdim edib. O, tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dillərinin uyğunsuzluğu ilə bağlı problemi həll edir.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, mürəkkəb generativ "CodeNet" sisteminin əsas xüsusiyyəti məlumatları bir proqramlaşdırma dilindən digərinə birbaşa tərcümə etməklə kodun ayrı-ayrı hissələrini və hətta bütün layihələri yaratmaq bacarığına malik olmasındadır. Məsələn, istifadəçi darçərçivəli spesifik senarilərdə istifadə olunan köhnə dillərdən birini və ya bir neçəsini bilir. İndi onun yenidən təhsil səviyyəsini artırmasına ehtiyac yoxdur, çünki tərcüməni onun əvəzinə süni intellekt edəcək.

"IBM" nümayəndələrinin sözlərinə görə, "CodeNet" 14 milyon kod fraqmenti və ya 500 milyon sətir üzərində öyrədilib və "COBOL", "FORTRAN", "Java, C " və "Python" daxil olmaqla təxminən 55 köhnə və yeni proqramlaşdırma dillərini tərcümə edə bilir. Süni intellektin işinin səmərəliliyi, eləcə də alqoritmin son faylların ölçüsünü artırmadan yeni dilləri köhnə koda çevirdikdən sonra optimallaşdıra biləcəyi barədə məlumat verilmir.

Tərcümə funksiyasından başqa metaməlumatlar əldə etmək və proqramın ayrı-ayrı hissələrini işə salmaqla generativ modellərin düzgünlüyünü yoxlamaq mümkündür. Bu, kod hissələrini birbaşa müqayisə etmək sayəsində tərcüməyə nəzarəti həyata keçirməyə imkan verəcək.скачать dle 11.3
Mojo.az Banner