Mojo.az Banner
19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan qazının Avropaya çıxışını təmin edən layihə ilə bağlı vacib AÇIQLAMA

18.05.2021 14:19 891
Azərbaycan qazının Avropaya çıxışını təmin edən layihə ilə bağlı vacib AÇIQLAMA
Azərbaycan qazının Avropaya çıxışını təmin edən Trans Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı bazar testlərinin ilkin - məlumatlandırma mərhələsinə start verilib.

TAP-ın İcraçı direktoru Luka Skyeppati bildirib ki, ilin əvvəlindən bu günə qədər TAP vasitəsilə iki milyard kubmetrdən çox qaz nəqli baş tutub.

Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi prosesi potensial tələb və təkliflərə əsasən bir neçə mərhələdə həyata keçirilə bilər.

TAP-ın ticarət üzrə koordinatoru Mariya Savova isə əlavə edib ki, boru xəttinin genişləndirilməsi üçün üç mümkün ssenari planlaşdırılır.

Belə ki, TAP-ın mərhələli şəkildə ildə 14,4 milyard kubmetrə qədər məhdud, 17,1 milyard kubmetrə qədər qismən və 20 milyard kubmetrə qədər isə tamamilə genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirməsi nəzərdə tutulub. Cari ilin iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək.

Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, “Snam S.p.A” 20 faiz, “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdirlər.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner