Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Space X” şirkətinin yeganə rəqibinin əsas səhvi açıqlandı

14.05.2021 12:04 1 029
“Space X” şirkətinin yeganə rəqibinin əsas səhvi açıqlandı
“Space X” şirkətinin yeganə real rəqibi olan “Blue Origin”in əsas səhvi məhz kadr siyasətində olub.

“Ars Technica”nın məlumatına görə, bu barədə Bred Stounun dünyanın ən varlı adamına həsr etdiyi “Amazon Unbound: Jeff Bezos and the Invention of a Global Empire” (“Amazon Unbound: Ceff Bezos və Qlobal imperiyanın ixtirası”) kitabında bildirilib.

Nəşrdə qeyd olunur ki, Ceff Bezos “Blue Origin” şirkətinə rəhbərlik etmək üçün 2016-cı ildə “SpaceX”in prezidenti və əməliyyat direktoru Qvinn Şotvelli çağırıb. Lakin Şotvell bundan imtina edib. Şotvellin imtinasından sonra bu vəzifəyə “Honeywell Aerospace” şirkətindən Bob Smit təyin olunur.

Stounun fikrincə, “Blue Origin”in “Space X”dən geri qalmasının əsas səbəbi də bu olub.

“Smit komandasına qoşulmaq üçün inqilabi dəyişikliklərə meyilli olanları deyil, daha çox ənənəvi kosmos yanaşmaları olan şirkətlərdən insanları işə cəlb edib. Onun bir çox yüksək vəzifəli işçiləri “Raytheon”, “Boeing”, “Lockheed Martin”, “Northrop Grumman”, “Rolls-Royce” kimi aerokosmik və nüfuzlu şirkətlərdəndir. Bu liderlər Smit ilə birlikdə daha sürətli inkişaf üçün şüurlu risq qəbulunu deyil, ehtiyatlılıq mədəniyyətini inkişaf etdirdilər”, - deyə Stoun bildirib.

Son xəbərlər