Mojo.az Banner
17:29 Coratda dənizdə BOĞULANLAR VAR: BİRİ ÖLDÜ  |     17:16 Azərbaycanda LEYSAN VƏ SEL gözlənilir - XƏBƏRDARLIQ  |     17:06 "Qarabağ" - "Vestri" oyununun biletləri satışda  |     16:59 Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı  |     16:31 Hərbi hissənin sabiq maliyyə işçisinə dələduzluğa görə HÖKM OXUNDU: Üç ay sonra azadlığa çıxacaq  |     15:22 Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi  |     15:03 Vitrinlər boş, qapılar bağlı... - "20 Yanvar"da keçiddəki obyektlərin aqibəti necə olacaq? - Video  |     15:00 Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü  |     14:59 Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib  |     14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |    
Left Banner
Right Banner

Xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanıldı

12.05.2021 18:01 1 677
Xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanıldı
Saatlıda vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı E.Quliyev, S.Xəlilov və K.Xəlilov törətdikləri ogurluqları etiraf ediblər.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.скачать dle 11.3
Mojo.az Banner