Mojo.az Banner
12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |    
Left Banner
Right Banner

Qadın parataekvandoçu: “Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”

12.05.2021 17:01 2 235
Qadın parataekvandoçu: “Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”
“Hesabda 8:0 hesabı ilə öndə idim. Hələ də rəqibin hesabı 15:15-ə necə gətirdiyini fikirləşirəm”.

Bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa təsnifat turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış parataekvondoçu Aynur Məmmədova deyib.

Bu gün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi ilə görüşdə iştirak edən Aynur Məmmədova bildirib ki, rəqibin hesabı bərabərləşdirdiyi gərgin döyüşdən sonra hələ də şokdadır:

“Həmin an sanki donmuşdum. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşa getdi. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox qorxuludur. Allaha şükür ki, bunu bacardım. Federasiyaya, müəllimlərimə təşəkkür edirəm. Hədəfim Paralimpiadada qızıl medal qazanmaqdır”.

Paralimpiya Oyunlarına lisenziya qazanmış digər parataekvondoçu Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: “Hər şeyi bir kənara qoyub, yalnız bu yarışı düşünürdük. İndi isə növbəti hədəf Paralimpiada çempionluğudur”.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına Sofiyada maksimum – dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, -75 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.скачать dle 11.3
Mojo.az Banner