Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sergey Lavrov: “Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”

11.05.2021 13:30 2 277
Sergey Lavrov: “Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”
“Biz Prezident İlham Əliyevlə görüşdə əlaqələrimizi kompleks şəkildə müzakirə etdik. Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”.

Median.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son dörd ayda Azərbaycan və Rusiya liderləri bir dəfə görüşüb, beş dəfə telefonla danışıb.

“Mən özüm də tez-tez azərbaycanlı həmkarımla əlaqədəyəm”, - deyə S.Lavrov əlavə edib.

O qeyd edib ki, bu ay Azərbaycan Baş naziri Əli Əsədovun Moskvaya səfəri gözlənilir.

“Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollar idi. Bu rəqəm koronavirus pandemiyası ilə əlaqədar bir qədər azalıb”, - deyə S.Lavrov bildirib.

O bildirib ki, Rusiya istehsalı olan vaksinlərin birinci partiyası Azərbaycana gətirilib:

“Humanitar sahədə əlaqələrimiz genişlənir. Bu il Azərbaycanda Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək. Rusiyada isə Azərbaycan günləri keçiriləcək”.скачать dle 11.3
Mojo.az Banner