Mojo.az Banner
12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

08.05.2021 20:28 1 152
Kabildə partlayış zamanı ölənlərin sayı artıb - YENİLƏNİB
Kabildə Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər ölüb, onlarla yaralı var.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələləik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

* * * * *

Əfqanıstanın paytaxtı Kabulda məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.


“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.скачать dle 11.3
Mojo.az Banner