Mojo.az Banner
19:03 "Ermənistanda seçkilər görünməmiş təzyiq altında keçirildi" - Zaxarova  |     18:59 Məzuniyyətə çıxanlar üçün vacib xəbər - Video  |     18:50 Bakıda obyekt səkini zəbt edib - Video  |     18:45 Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü  |     18:37 BVF Ermənistana 25 milyon dollarlıq kredit ayırdı  |     18:25 “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər?  |     18:22 DTX-ın həbs etdiyi Saleh Səmədov İFADƏ VERDİ  |     18:12 Serbiya Prezidenti Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib  |     18:08 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     18:00 Bakı Zooloji Parkında yeni doğulan pələng balaları ziyarətçilərin marağına SƏBƏB OLDU - Video  |     17:49 Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb  |     17:46 Bakının bəzi ərazilərində qaz olmayacaq  |     17:40 Rekord istiliklə keçən may daha isti illərin xəbərçisi ola bilər  |     17:29 Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır  |     17:23 Hacıqabulda açıq ərazidə yanğın baş verib  |     17:14 Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarıldı - Video  |     17:10 Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər  |     17:00 Yeniyetmənin ölümündə təqsirləndirilən şəxsə 15 il həbs verildi  |     16:47 Bayram günlərində qatarların iş rejimində dəyişiklik olacaq  |     16:43 SSRİ xalq artisti Lyudmila Çursina vəfat edib  |    
Left Banner
Right Banner

Sabahın hava proqnozu: Gilavar əsəcək

03.05.2021 14:50 1 716
Sabahın hava proqnozu: Gilavar əsəcək
Mayın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 11.3
Mojo.az Banner