Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Türk Şurasından Qırğızıstan və Tacikistana çağırış

30.04.2021 22:13 1 500
Türk Şurasından Qırğızıstan və Tacikistana çağırış
"Türk Şurası xüsusıən Qırğızıstan tərəfinin sülhün yenidən bərpasına verdiyi töhfələri göz önünə alaraq, tərəfləri ehtiyatlı olmağa davam etməyə və gərginliyin daha da artmasına yol aça biləcək hər hansı bir hərəkətdən qaçmağa çağırır”.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində yaşanan gərginliklər diplomatik müzakirələr və dostyana fikir mübadiləsi yolu ilə həllini tapmalıdır:

"Vəziyyətin sabitliyə qovuşması üçün tərəfləri tədbirlər görməyə çağırırıq.

Qırğızıstan-Tacikistan sərhədindəki su paylama şəbəkəsini idarə etmək üçün çıxan qarşıdurmalarda hər iki tərəfdən insan tələfatına yol açan vəziyyətin pik həddə doğru irəliləməsini narahatlıqla öyrəndik”.

O, tərəflərin müzakirələrdən sonra atəşkəs əldə etmələrindən məmnunluğunu dilə gətirib:

"Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu haqqında yaxın təmasda olmağa davam edəcək”.скачать dle 11.3
Mojo.az Banner