Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xudayar statusu”na görə cinayət işi açıldı: Döyənlər müəyyənləşdirildi

30.04.2021 11:53 1 704
“Xudayar statusu”na görə cinayət işi açıldı: Döyənlər müəyyənləşdirildi
“Şəhid Xudayar Yusifzadənin ünvanına ironik ifadə işlədən şəxsin döyülməsi ilə bağlı cinayət işi açılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, görüntülər sosial şəbəkələrdə yayılandan sonra məsələ barədə DİN tərəfindən müvafiq araşdırma aparılıb:

“Hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Həmin şəxslər şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur”.

DİN rəsmisi əlavə edib ki, hadisəni törədənlərin izahatları alınıb:

“Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, oxuduğu mahnı ilə yaddaşlara yazılan şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz, “zarafatyana” status yazan şəxsin döyülməsi görüntüləri sosial şəbəkələrdə rezonans doğurub. Daha sonra “zarafat”ı yazan şəxs ilə döyülən şəxsin fərqli adamlar olduğu məlum olub.скачать dle 11.3
Mojo.az Banner