Mojo.az Banner
21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2020 zamanı stadionlara buraxılacaq azarkeş sayı açıqlandı

23.04.2021 16:57 1 344
AVRO-2020 zamanı stadionlara buraxılacaq azarkeş sayı açıqlandı
Almaniyanın Münxen şəhərinin AVRO-2020 matçları üçün nə qədər azarkeş qəbul edəcəyi bəlli olub.

Bu gün keçirilən UEFA-nın İcraiyyə Komitəsinin videokonfransından sonra Münxenin “Alyans Arena” stadionuna minimum 14 500 tamaşaçının buraxılacağına aydınlıq gəlib. Bu səbəbdən Münxen ev sahibi kimi qalıb.

İspaniyanın Bilbao şəhərində keçirilməli olan dörd matç isə Sevilyadakı “Estadio La Kartuxa” stadionunda baş tutacaq. Baskoniyadan fərqli, Əndəlüs Muxtar Cəmiyyəti azarkeşlərin 30 faiz stadiona buraxılacağına zəmanət verib. Bu səbəbdən də E qrupunun üç matçı və bir 1/8 final matçı Sevilya şəhərində keçiriləcək.

E qrupunun digər üç matçı ilkin olaraq İrlandiyanın paytaxtı Dublində keçirilməli olsa da, bu şəhər ev sahibliyindən məhrum edilib. Ona görə də həmin qarşılaşmalar B qrupunun üç matçı və bir 1/4 final oyununa ev sahibliyi edəcək Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə edilib. Beləliklə, Rusiyada indi dörd yox, yeddi matç keçiriləcək.

Dublindəki 1/8 finalın bir matçı isə İngiltərənin paytaxtı Londonun “Vembli” stadionunda baş tutacaq. Bununla da Londonda keçiriləcək matçların sayı səkkizə çatıb.

Bilbao və Dublindəki matçlar üçün satışda olan bütün biletlər ləğv olunacaq. Biletləri almış tamaşaçılara onların verdikləri pul geri qaytarılacaq. Ancaq bu şəxslər London, Sankt-Peterburq və Sevilyadakı matçlar üçün bilet almağa cəhd etsə, satış zamanı ilk onlara yer ayrılacaq.

Bundan başqa, UEFA “Follow My Team” (Komandası mərhələ adladıqca azarkeşlər üçün nəzərdə tutulmuş şərti bilet – S.M.) biletlərini ləğv etməyə və azarkeşlərə bunun qarşılığı olaraq həmin məbləğləri geri qaytarmağa qərar verib. Bu qərarın verilməsinə səbəb pandemiya ilə əlaqədar olaraq yaranan səfər məhdudiyyətləridir.

Qeyd edək ki, 11 iyun - 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının ev sahibi 11 şəhəri arasında paytaxtımız Bakı da var. Ötən il pandemiya səbəbindən təxirə salınan yarışın A qrupunun üç matçı və bir 1/4 final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Azərbaycan tərəfi stadiona 35 min azarkeşin buraxılacağına zəmanət verib.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner