Cəlilabadda avtoxuliqanlıq edən sürücülər ələ keçdilər - VİDEO
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21011 markalı avtomobillə, İ.Abbasov isə VAZ-2106 markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində tərtib olunmuş inzibati protokollar aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.