Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI

13.04.2021 13:24 1 122
Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI
Türkiyə pandemya başlayandan bəri ən ağır dövrdən keçir.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib.

COVID-19 müddətindəki şərtlərin hər kəsi yorduğunu, problemin yumşaldığı sırada yeni çətinliklərin ortaya çıxdığını deyən nazir bunun dünyanın hər yerində müşahidə olunduğunu vurğulayıb:

“Statistikaya və cəmiyyətin azalan psixoloji tənəzzülünə baxdığımızda ölkəmizin pandemiya dövrünün başlanmasından bəri ən mürəkkəb vaxtdan keçdiyini demək olar”, - deyə nazir vurğulayıb.

O, aprelin 10-dan bəri gündəlik yoluxma sayının 52 676, vəfat edənlərin isə 248 nəfər olduğunu deyərək, ümumi yoluxmanın 3,7 milyonu keçdiyini, vəfat edənlərin isə 33,7 mindən çox olduğunu bildirib.

F.Kocanın sözlərinə görə, yoluxmaların 85 faizi Britaniya ştammı ilə bağlıdır. Bununla belə ölkədə digər mutasiyalar da görünüb, 166 nəfərdə isə COVID-19-un Braziliya ştammı müəyyən olunub.

Son xəbərlər