Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

20 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu

08.04.2021 23:53 1 272
20 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu
Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu başa çatıb.

Median.Az xəbər verir ki, bu gün yarışa qatılan dörd taekvondoçudan biri - 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da, rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib. 20 yaşlı Minayə yarışın bürünc medalına layiq görülüb. Bu onun böyüklər arasında qazandığı ilk ciddi uğurdur.

Kişilər arasında yarışda Bəhruz Quluzadə (-54 kq) və Pərviz İsgəndərov (-58 kq) ilk döyüşdə məğlub olub. Digər qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə İtaliya təmsilçisi Martina Qorelliyə qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda döyüşdə rumıniyalı Liana Mustyataya məğlub olub.//oxu.az

Son xəbərlər