Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir.
“Dənizkənarı Milli Park” MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı “qafqazinfo”ya açıqlama verib.
O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir: “Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir.
Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək”.