Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İrəvandan gəlmə erməni Qarabağda qan saldı: Kütləvi dava, yoxsa qızışan ədavət?

30.03.2021 18:02 831
İrəvandan gəlmə erməni Qarabağda qan saldı: Kütləvi dava, yoxsa qızışan ədavət?
Qonşuları ilə mehriban yaşamaq ənənəsinə heç zaman sahib olmayan ermənilər, heç öz aralarında da sülh içində yaşamağı bacarmırlar. Bu dəfə Xankəndidə yerləşən “Sofiya” adlı ticarət mərkəzində ermənilər arasında kütləvi dava baş verib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə martın 30-da baş verib. Ticarət mərkəzində baş vermiş davada tərəflər bir-birinə bıçaq xəsarətləri yetiriblər. Yaralanan Ermənistanın Ararat vilayət sakini 31 yaşlı A.M, paytaxt İrəvandan gəlmiş 44 yaşlı A.Karapetyan, həmçinin Xankəndi sakini S.Akopyan xəstəxanaya çatdırılıb.

Polisin verdiyi məlumata əsasən dava S.Akopyan və Ararat sakini A.M-in paytaxtdan gəlmə A.Karapetyanla mübahisə yaranması nəticəsində alovlanıb və başqa bir neçə nəfər də kütləvi davaya qoşulub.

Görünən odur ki, davanın paytaxtdan gəlmə erməni ilə əyalətdə yaşayan və İrəvandakıların yağ-bal içində yaşadığını zənn edən Ermənistan vətəndaşı, həmçinin Qarabağda yeni reallıqları qəbul edərək yaşamağa qərar vermiş erməni sakin arasında olması da heç də təsadüfi deyil. Bu xalqın öz içində hər zaman bir-birinə paxıllıq hissinin olması bir yana qalsın, heç İrəvan erməniləri də Ermənistanın əyalətlərində yaşayanları və Qarabağda məskunlaşan erməniləri sevməyiblər.

Bununla bağlı bir çox faktları sadalamaq mümkündür. Hələ Birinci Qarabağ müharibəsindən sonra ermənilərin özlərinin apardıqları çəkilişlərdə Qarabağda yaşayan ermənilərlə Ermənistandakı ermənilər arasındakı ayrı-seçkiliyin mövcudluğunun əks olunduğu, bununla bağlı fikirlərin səsləndirildiyi kadrları tapmaq heç də çətin deyil.

İndi isə paytaxtdakıların Qarabağdakıları, Qarabağdakıların isə İrəvandakı erməniləri bütün bəla və müsibətlərdə təqsirli bildiyi bir şəraitdə aradakı ədavətin bu tip kiçik münaqişələr şəklində özünü büruzə verməsi tamamilə təbii bir prosesdir.

Digər maraqlı bir məqam isə Ermənistan vətəndaşlarının buraya sərbəst daxil olmasıdır. Sözügedən faktda adı hallanan üç nəfərdən ikisi Qarabağa Ermənistandan gəlib. Yəni Azərbaycan ərazisinə sülhməramlıların nəzarət etdiyi dəhliz vasitəsilə daxil olublar. Bu baxımdan onların Qarabağ ərazisində olmasının özü də bir çox mübahisələrə açıq olan sual doğurur.скачать dle 11.3
Mojo.az Banner