Stadiondan 33 min manatlıq kabel oğurlayan şəxs saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Ağstafada qəza olub, dörd nəfər xəsarət alıb  |     12:17 Azərbaycan 12 illik təhsilə keçir?  |     12:13 Novxanının bəzi ərazilərində işıq olmayacaq  |     12:11 Kürdəmirdə maşın aşıb, üç nəfər xəsarət alıb  |     12:00 Baş prokuror yeni rəis TƏYİN ETDİ  |     11:41 Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     11:33 Nikol Paşinyan İncildən sitat paylaşdı: "Sülh yaradanlar necə də xoşbəxtdirlər"  |     11:30 Siyəzəndə üç nəfər zəhərlənib  |     11:23 Həyətindəki ota od vurdu, yanğın qonşu sahəyə keçdi  |     11:22 Azərbaycan nefti ucuzlaşıb  |     11:21 Bakıda moteldə yanğın baş verib - Video  |     11:20 Türkiyə Superliqasında yeni mövsümə start verilir: "Qaziantep" "Qalatasaray"a qarşı  |     11:19 Maksim Qalkini avtomobil vurub  |     11:14 Mask süni intellektin yeni modelinin müjdəsini verdi  |     11:12 Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı  |     11:05 Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb edilib - Video  |     10:58 Qadın Bakı metrosunda uşaq dünyaya gətirdi  |     10:53 Tramp: "Azərbaycanla Ermənistan arasında avqustun 8-də sülh sazişi imzalanacaq" - FOTO  |     22:58 "Omoniya"nın baş məşqçisi: "Nəticədən razı qaldım"  |     22:47 Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib  |    

Stadiondan 33 min manatlıq kabel oğurlayan şəxs saxlanıldı - FOTO

Lənkəranda stadiondan kabel oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki stadiondan dəyəri 33 500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən, rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbiristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 29.03.21 14:00