Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Diqqət! Bu yolla bank kartınızdan pulunuzu çıxara bilərlər - VİDEO

25.03.2021 14:01 1 164
Diqqət! Bu yolla bank kartınızdan pulunuzu çıxara bilərlər - VİDEO
Paytaxt sakini Həbib Babayev istifadə etmədiyi geyimlərini bir neçə gün əvvəl onlayn alış-veriş saytında 10-15 manata satışa qoyub.

Median.Az "xezerxeber.az"a istinadən xəbər verir ki, ona bir neçə dəqiqə sonra bir nəfər votsapda yazaraq paltarları almaq istədiyini deyib. Həbib Babayev həmin şəxsdən şübhələndiyi üçün onunla bir qədər yazışıb.

Sonra isə o, müəyyən edib ki, qarşı tərəf Azərbaycan dilindəki sözləri xüsusi proqramlar vasitəsilə tərcümə edərək göndərir. Daha sonra həmin şəxs Həbib Babayevə bir link atıb ki, bank məlumatlarını ora yerləşdirsin. Hətta israr da edib ki, vaxtı məhdud olduğundan məlumatları tez atsın. Həbib Babayev iddia edir ki, söhbət əsnasında onun erməni olduğunu başa düşüb.

Həbib Babayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına hələ ki, müraciət etməyib. Amma görünən odur ki, belə üsullarla vətəndaşlara külli miqdarda ziyan vurula bilər. Baş vermiş hadisə alış-veriş saytlarından nəsə alan və ya satan şəxslərin şəxsi məlumatlarının təhlükəsizliyini bir daha aktuallaşdırır.

ekspert Rövşən Əkbərov deyir ki, vətəndaşlar bu cür saytlardan mal alarkən və ya satarkən bank məlumatlarını mütləq məxfi saxlamalıdırlar.

Ekspert bildirir ki, bank kartı olan hər bir şəxs mütləq qaydada bankın 3D təhlükəsizlik xidmətinə qoşulmalıdır. Belə olduqda kartdan çəkiləcək vəsaitlə bağlı əvvəlcə vətəndaşa SMS vasitəsi ilə 4 rəqəmli kod gəlir. Əgər vətəndaş o kodu daxl etməsə pul çıxarmaq və ya onlayn ödəniş etmək mümkün olmur.

Mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner