Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Qida texnoloqundan xəbərdarlıq: “Quş ətində olan salmonella virusu zəhərlənməyə səbəb olur” - VİDEO

23.03.2021 13:24 804
Qida texnoloqundan xəbərdarlıq: “Quş ətində olan salmonella virusu zəhərlənməyə səbəb olur” - VİDEO
Son bir neçə ay ərzində ölkəyə gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyası aşkar edilib.

Baku TV-nin məlumatına görə, bu təhlükəli bakteriyaya daha çox yenidən dondurulmuş toyuqlarda rast gəlinir. Ölkəyə gətirilən toyuqlar arasında bakteriya aşkar edilənlər məhv edilib.

Bəs salmonella bakteriyası nədir? O necə aşkar edilir?

Bu sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) işçisi Çiçək Süleymanova cavablandırıb. Onun sözlərinə görə, insanlar dondurulmuş quş əti alan zaman dondurulmuş məhsulun üzərində buz kristallarının olmamasına diqqət edilməlidir:

“Yol kənarında, açıq şəkildə satılan, heç bir baytarlıq sənədi olmayan quş ətlərini almaq olmaz. Əgər quş əti bir və ya iki gün ərzində istehlak olunacaqsa, o, soyuducuya qoyula bilər. Lakin yax bir neçə gün ərzində quş ətinin istehlakı nəzərdə tutulmursa, məhsul soyuducunun dondurucu gözündə saxlanılmalıdır”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev isə bildirib ki, ölkəyə məhsul gətirilməzdən əvvəl həmin ölkənin epizootik vəziyyəti öyrənilməlidir:

“Məhsullar idxal olunmazdan əvvəl baytarlıq haqqında Azərbaycan Respublikası qanunvericiliyə uyğun olaraq icazə alınmalıdır. Yalnız bundan sonra sahibkarlar məhsul idxalını həyata keçirə bilərlər. Digər heyvan mənşəli məhsullar kimi quşçuluq məhsulları da risk daşıyır. Məhsulların qablaşdırılması, daşınması xüsusi şəraitdə həyata keçirilməlidir. Əsasən da soyuq zəncir prinsipinə əməl olunmalıdır.

Məhsullar ölkəyə idxal olunduqdan sonra onlardan götürülən nümunələr AQTİ tərəfindən müayinə edilməlidir. Sahibkarlar buna müvafiq şərait yaratmalıdır”.

Qida texnoloqu Ağa Salmanov bildirib ki, salmonella qida zəhərlənməsinə səbəb olacaq bakteriyadır:

“Bu bakteriyaya quş əti məhsullarında, çiy içilən süddə, yumurtada, yaxşı bişməyən ət məhsullarında rast gəlinir. Yumurtaları alıb evə gətirən zaman yumaq olmaz. Yumurtaların üzərində gözlə görünməyən məsamələr var ki, yuyulduqdan sonra salmonella bakteriyası yumurtanın içərisinə daxil olur. Bu da qida zəhərlənməsinə gətirib çıxara bilir. Virus insan orqanizminə daxil olduqdan 12-72 saat ərzində özünü büruzə verir. Bu qızdırma, ishal, qusma, qarınağrısı kimi simptomlarla özünü göstərir”.скачать dle 11.3
Mojo.az Banner