Mojo.az Banner
19:28 İsrail ordusu "Hizbullah"ın rəhbərlərindən birini öldürüb  |     19:00 Qubada 34 yaşlı kişi baltalandı: Şübhəli qadın saxlanıldı  |     18:19 Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü  |     18:17 Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırılıb  |     17:02 Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI  |     16:35 Azərbaycan UNESCO komitəsinə üzv seçildi  |     16:24 Robert De Niro Bakıya gələcək - Video  |     16:16 Balakəndə kişi velosipeddən yıxılaraq ölüb  |     15:58 Siyəzəndə keçmiş məhkumun meyiti tapılıb  |     15:54 Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib  |     15:47 Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb  |     15:42 Şahbuz sakini arı sancması nəticəsində ölüb  |     15:36 Gədəbəydə dağlıq ərazidə YANĞIN BAŞLAYIB: Ordumuzun hərbi qulluqçuları da köməyə gəldilər - Video  |     15:35 Salyanda sürücünün sükan arxasında yuxulaması həyatına SON QOYDU  |     15:34 Malidə qadın bloqer edam edildi  |     15:33 Bərdədə hamamda meyiti tapılan nənə və nəvənin ÖLÜMÜNÜN TƏFƏRRÜATI  |     15:32 Zaqatalada qohumunun əmlakını yandıran şəxs SAXLANILDI  |     14:06 Şəkidəki ağır qəzadan sonra sürücünün XİLASETMƏ GÖRÜNTÜLƏRİ - Video  |     14:01 Xırdalan sakini arvadından küsüb evdən getdi, küçədə atasını döydü  |     13:27 Həbib Nurməhəmmədov məşqçilik karyerasını nə vaxt bitirəcəyini açıqlayıb  |    
Left Banner
Right Banner

Giya Saralidzənin Ağdam haqqında filmi: “Ölü torpaq - nə heyvan var, nə insan...” + VİDEO

18.03.2021 16:27 2 028
Giya Saralidzənin Ağdam haqqında filmi: “Ölü torpaq - nə heyvan var, nə insan...” + VİDEO
Televiziya və radio jurnalisti Giya Saralidzə Azərbaycan silahlı qüvvələrinin işğaldan azad etdiyi Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında, həmçinin İran-Ermənistan sərhədində olub, Ermənistan ordusu tərəfindən həyata keçirilmiş dağıntıların miqyasını qeydə alıb.

“Qarabağ konflikti - postsovet məkanında ən uzun sürən və tərəflərin uzlaşma tapa bilmədikləri münaqişədir. Rusiyada müharibənin səbəbləri, gedişi və nəticələri barədə yalnız mütəxəssislər məlumatlıdır və bu şəxslərin də fikirləri bir-birinə tamamilə ziddir. Keçən ilin payızında, İkinci Qarabağ müharibəsi başlayanda jurnalistlərin, mütəxəssislərin, şərhçilərin fikirləri də faktlara və təhlillərə deyil, duyğulara, şəxsi meyillərə və etnik mənsubiyyətə əsaslanırdı”, - deyə “Vesti FM” radio stansiyasının aparıcısı bildirib.

Onun sözlərinə görə, geniş ictimaiyyətin ən çox xəbərsiz olduğu mövzulardan biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonu ilə bağlı idi:

"Heç vaxt Dağlıq Qarabağ muxtar vilayətinin tərkibinə daxil olmayan bu torpaqlarda 30 ilə yaxın idi ki, Ermənistan ordusu dayanırdı. Bu şəhər və kəndlərin taleyi barədə məlumat az idi, ona görə də bu rayonları ziyarət etmə fürsəti yaranan kimi çəkiliş qrupumuz Azərbaycana yollandı”.

G. Saralidzə qeyd edib ki, səfər zamanı baş çəkdikləri ilk rayon Ağdam olub:

“Mal-qaranın saxlandığı məscidin damından xarabalığa çevrilmiş hoteli, drama teatrı, çörək muzeyini aydın görmək mümkündür. Bütün şəhər talan edilib, binalar sökülərək daşınılıb. Üzüm sahələri, kəndlər boşdur. Ölü torpaq, xarabalıqlar, dağıdılmış evlər, nə heyvan var, nə insan - “Qafqazın Xirosiması”, - “Vestnik Kafqaza”nın çəkdiyi filmində Ağdam belə təsvir edilib.


скачать dle 11.3