Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücüsü sükan arxasında telefonla danışan daşıyıcı şirkətin rəhbərinə xəbərdarlıq edildi

17.03.2021 19:38 966
Sürücüsü sükan arxasında telefonla danışan daşıyıcı şirkətin rəhbərinə xəbərdarlıq edildi
Sosial şəbəkələrdə avtobus sürücüsünün sükan arxasında mobil telefon vasitəsilə videgörüntülü danışması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

Görüntülərin “General Avto Kompani” firmasının müvəqqəti istismarında olan 38 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JV 443 Dövlət Qeydiyyat Nişanlı avtobusda qeydə alındığı müəyyən edilib.

Sürücü Rahim Cəbrayılov sükan arxasında avtobus hərəkətdə olan zaman mobil telefonla videobağlantı qurub.

Bu barədə Bakı Nəqliyyat Agenltiyinin yaydığı açıqlamada deyilir.

Məsələylə əlaqədar izahat verməsi üçün “General Avto Kompani” firmasının rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Bildirilib ki, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, həm də sərnişindaşımalarda təhlükə riskini artırır. Bu da sərnişinlərin narahatlığına səbəb olur.

Qeyd olunub ki, müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər xidmətin keyfiyyətli və təhlükəsiz təmin olunmasına qanunla müəyyən olunan qaydada məsuliyyət daşıyırlar. Hər bir daşıyıcı şirkət üzərinə düşən məsuliyyətə əməl etməli və bu kimi halların təkrarlanmaması üçün onlar tərəfindən ciddi tədbirlər görməlidir. Əks halda daşıma şərtlərini pozanlar sərnişindaşımalardan kənarlaşdırılacaq.скачать dle 11.3
Mojo.az Banner