Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İsveçrə yığmasının eks-kapitanı saat zavodunda işə düzəlib - FOTO

16.03.2021 23:55 1 164
İsveçrə yığmasının eks-kapitanı saat zavodunda işə düzəlib - FOTO
Futbol üzrə İsveçrə milli komandasının keçmiş kapitanı, “Yuventus”, “Latsio” və “Arsenal” kimi klublarda forma geymiş Ştefan Lixtştayner özünə yenə peşə seçməyi qərara alıb. Tanınmış futbolçu Sürixdəki saat istehsalı üzrə müəssisədə işə düzəlib.

Yerli “20 Minuten” qəzetinə müsahibə verən eks-kapitan bildiriib ki, hələlik saat zavodunda təcrübəçi olaraq işə başlayıb.

“Mən həmişə saatların heyranı olmuşam. Bu iş çox xoşuma gəlir. Futbolçu karyeramı bitirdikdən sonra məhz bu peşəyə yiyələnmək kimi bir arzum var. Saatların necə işlədiyini, onların sökülüb yığılmasını öyrənmək, bu barədə hər şeyi bilmək istəyirəm. Bilirsiniz də, İsveçrə saatlarının keyfiyyəti olduqca yüksəkdir.

Müdafiədə oynamağın özü də bir sənətdir, saatlar kimi. Adətən azarkeşlər meydandakı xırda nüansların nə qədər vacib olduğunu heç anlamırlar. Bir detalı dəyişmək kifayətdir ki, böyük nəticə əldə edəsən. Bu saatlara da aiddir”, - deyə Lixtştayner bildirib.

Qeyd edək ki, karyerasını ötən ilin yayında başa çatdıran futbolçu İsveçrə yığmasının heyətində 108 matç keçirib ki, bu da Hans Hermann (118) və Alan Qeyqerdən (112) sonra üçüncü ən yüksək göstəricidir.

Xatırladaq ki, Ştefan Lixtştayner karyerası ərzində “Qrashoppers”, “Lill”, “Latsio”, “Yuventus”, “Arsenal” və “Auqsburq” kimi komandalarda çıxış edib. Daha çox “Yuve”dəki oyunu ilə yadda qalan müdafiəçi yeddi dəfə İtaliya çemopionu adını qazanıb, iki dəfə isə Çempionlar Liqasının finalında iştirak edib.

скачать dle 11.3
Mojo.az Banner