Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Budəfəki təlimlərin məqsədi fərqlidir - Hərbi ekspertdən açıqlama

16.03.2021 23:34 915
Budəfəki təlimlərin məqsədi fərqlidir - Hərbi ekspertdən açıqlama
Budəfəki əməliyyat-taktiki təlimləri fərqli fonda təşkil olunur. Burada hərbi məqsədlər daha çox hədəf, terror qruplaşmalarının məhv edilməsidir. Təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edirlər.

Median.Az
xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, budəfəki təlim fərqli hərbi-siyasi vəziyyətdə, Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra Ermənistan və seperatçı qurum tərəfindən səslənən sərsəm və əsassız bəyanatlar fonunda keçirilir:

"Baş verən hadisələrdən sonra hələ də bəzi revanşistlər lazımı nəticələr çıxara bilməyiblər. Onlar bilməlidirlər ki, Azərbaycan ordusu istənilən təhdidə qarşı əvvəlcədən planlaşdırılmış təlimlərin mövzusunda dəyişiklik edərək, onları real şəraitdə, real təlabata və təhdidlərə uyğunlaşdıra bilir. Təlimlərdə də antiterror məsələlərinin qabardılması məhz bu məqsədi daşıyır.

Bu təlimlər, Azərbaycan ordusunun qeyri-spesifik vəzifələri, yəni daha çox xüsusi-təyinatlılara və dövlət təhlükəsizlik xidmətinə aid olan anti-terror əməliyyatlarının artıq ordu tərəfindən, həm də daha geniş miqyasda həyata keçirə biləcəyini göstərmiş olacaq”.

Ə.Verdiyev qeyd edib ki, təlimlərə şəxsi heyət ilə bərabər, zirehli, yüngül zirehli və zirehsiz texnikalar, HHM vasitələri, müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri və minaatanlar, müxtəlif təyinatlı pilotlu və pilotsuz uçuş aparatlarından ibarət qüvvələr cəlb olunacaq:

"Təlimlər zamanı artilleriya və aviasiya ilə bərabər, xüsusi təyinatlı qüvvələrin bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqların icra edilməsi də gözlənilir. Rəsmi məlumata görə, başlayan təlimlərdə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq ki, bu da təlimlərin kifayət qədər ciddi miqyas və məqsədlərindən xəbər verir”.

(Trend)

Son xəbərlər