Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri başlayıb

09.04.2024 11:54 1 020
Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri başlayıb
Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri “Sea Shield-24” başlayıb.

Məlumata görə, bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika və s. cəlb olunub.

Təlim aprelin 21-də başa çatacaq.

Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.

Mənbə: TASS

Son xəbərlər